top of page
Program is over

Mənim Sağlam Sərhədlərim

27 sen 2023 - 18 okt 2023

  • 22 Days

About

10 il bundan qabaq “yox” deməyi bacarmırdım. Münasibətlərdə sərhədlərim harda başlayır-bitir, bilmirdim. Bunu bilmədiyimdən xəbərim belə yox idi. Hər kəsin köməyinə qaçır, hər problemi sanki ancaq mən həll edə bilərmişəm kimi hiss edirdim. Dostluqla “psixoloq” kimi dinləməyi qarışdırır, dostluq münasibətlərimdə də disbalans yaşayırdım. O vaxta qədər ki, tükənmişlik sindromu başladı. O dövrlərdə öz-özümə bu sualları verirdim:

1. Həm sərhəd qoyub, həm də sevilən insan ola bilərəm? 2. Haqlı, doğru sərhədlər nələrdir? 3. Bəs birdən kimsə mənim qoyduğum sərhədlərə görə incisə və ya üzülsə? 4. Vaxtımı, sevgimi, enerjimi, pulumu istəyən birinə necə yox deyə bilərəm? 5. Axı niyə sərhədlərimi müəyyən edərkən vicdan əzabı çəkir və özümü günahkar hiss edirəm? 6. Sərhədlərimi qoymaq, yox demək eqoist bir davranış deyilmi? Bunlardan hər hansısa biri sizə tanış gəlir? Yuxarıda sadalanan mövzularla bağlı inancların yanlış olması, sərhədlərin səhv qavranmasına səbəb olur. Bunun nəticəsidir ki, depressiya, təşviş, panik atak, müxtəlif tip asılılıqlar, içə qapanma kimi bir çok klinik simptomun kökündə məhz sərhədlərlə olan uyuşmazlıq yatır. "Mənim Sağlam Sərhədlərim" kursunu yaratmaqla iş yerlərimdə və şəxsi həyatda qazandığım 10 illik təcrübəmi, texnikalarımı, praktikaları sizinlə paylaşıram 🌟 Kursun sonunda siz daha rahat “yox” deyə biləcək, sağlam sərhədlərinizi müəyyən edəcək, dolğun və tətminedici münasibətlər qura biləcəksiniz ⭐️ Kursa nələr daxildir? - 4 online görüş, 6 saatlıq təlim - Yazılı oxu və praktika materialları - 7 ədəd qısa müddətdə istifadə edə biləcəyiniz texnika - 4 ədəd uzun müddətdə istifadə edə biləcəyiniz texnika - Kurs boyunca əlaqədə ola biləcəyiniz və suallarınıza cavab tapacağınız dəstək Telegram qrupu

You can also join this program via the mobile app. Go to the app

Price

129,00 ₼

Share

Gəlin Tanış Olaq

Əlaqə saxladığınız üçün təşəkkürlər!

Həftəlik Kouçinq Bildirişləri Alın

Abunə olduğun üçün təşəkkürlər!

© 2023 Transformativ Həll Yönümlü Kouç Leyla Surxayzadə tərəfindən. Bütün hüquqlar qorunur.

Ana Səhifə

Haqqında

Xidmətlər

Rəylər

Bloq

Əlaqə

  • Instagram
bottom of page